525.Az

Elman Türkoğlunun övladı dəfn edilmək üçün Masallıya aparılıb


 

Elman Türkoğlunun övladı dəfn edilmək üçün Masallıya aparılıb<b style="color:red"></b> Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvü Elman Türkoğlunun övladı Məhəmmədəmin Həsənlinin meyiti dəfn edilmək üçün Masallı rayonuna aparılıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, mərhumun meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə edildikdən sonra ailəsinə təhvil verilib.
 
Ailəsi mərhumu dəfn etmək üçün Masallı rayonuna yola düşüb.
 
Qeyd edək ki, 1996-cı il təvəllüdlü Həsənli Məhəmmədəmin Elman oğlu ötən gecə yaşadığı Texniki Universitetin yataqxanasının ayaqyolunda özünü asaraq intihar edib.
 
İntiharın baş vermə səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.
 





18.06.2013    çap et  çap et