525.Az

Gecəyarısı bulvarda həyəcanlı anlar


 

Gecəyarısı bulvarda həyəcanlı anlar<b style="color:red"></b> Bu gün saat 03:45 radələrində Dənizkənarı Milli Park ərazisində gənc qız intihara cəhd edib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, həmin vaxt 1993-cü il təvəllüdlü Səttarova Səbinə Rabil qızı özünü dənizə ataraq intihara cəhd göstərib. Səbail RPİ PPX əməkdaşları 20 yaşlı qızı son anda xilas edib.
 
39-cu polis bölməsinə gətirilən S.Səttarova bildirib ki, həyat yoldaşı ilə yola getmir və bu səbəbdən də intihar etmək qərarına gəlib.
 
Faktla əlaqədar araşdırmalar aparılır.
 





18.06.2013    çap et  çap et