525.Az

Zirvəqala - Akademik Teymur Bünyadovun 90 illiyinə


 

Zirvəqala - <b style="color:red">Akademik Teymur Bünyadovun 90 illiyinə </b>

Teymur qağa kimi şəxs,
Bir də Ərzə gələmməz.
“Ana Kür”dən gəlir, bax,
“Əsrlərdən gələn səs”.

Budu həyatı, ömrü,
Zirvəqaladı ömrü!
Ömrü - tarix ömrüdü,
Ömrü - bayatı ömrü.

Həyatdan doymur, doymaz,
Hər kişi Teymur olmaz.
Ömürlərə örnəkdir,
Ömrütək ömür olmaz!

Gül dilində danışır,
El dilində danışır.
Sanma sükuta dalıb,
Lal dilində danışır.

Alnına bax, yazılıb,
Varaq-varaq yazılıb.
İlk yazıya fikir ver,
Oxu: “Qazax” yazılıb.

Qələmi başı altda,
Xəznəsi daşın altda.
Yatağı - səngəridir,
Fikir etmə qoşun haqda!

Haqqı xalqa deyirlər,
Yönü Haqqa deyirlər.
Teymurləngə dərs deyib,
Teymur qağa, deyirlər.

Ustadı... Vidaditək,
Ustadı Vidaditək!
Doxsandan ilk hədəfi,
Yüzdədi, Vidaditək!

24.01.2018

 





28.01.2018    çap et  çap et