525.Az

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə kecdi


 

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə kecdi<b style="color:red"></b>

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yay mövsümü ilə bağlı gücləndirilmiş iş rejiminə keçib.

Cəmiyyətin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır.

İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə – rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, istidən öz-özünə alovlanma baş verməsin deyə, yollar otlardan təmizlənir. Sərnişin Daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının soyuducu sistemi bir daha yoxlanılır, beynəlxalq və «Ekspress» tipli qatarlarda yolboyu sərnişinlərə sərinləşdirici içkilər təklif olunur. Eyni zamanda vağzallardakı gözləmə zallarında kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır.

 





18.06.2013    çap et  çap et