525.Az

DİN əməkdaşı intihar edib


 

DİN əməkdaşı intihar edib<b style="color:red"></b>

Binəqədi rayonu ərazisində intihar hadisəsi baş verib.
 
Lent.az-ın aznews.az-a istinadən verdiyi məlumata görə,  intihar edən şəxs Daxili İşlər Nazirliyinin əməkdaşı Asif Qasımovdur. Rayon polis idarəsinin 4-cü bölməsindən intihar hadisəsinin baş verdiyi təsdiqlənsə də, təfərrüatlar barədə hələlik məlumat verilməyib.

Binəqədi rayon prokurorluğundan isə  bildirilib ki, A.Qasımov özünü evin hamamından asaraq intihar edib. Mərhumun intihar etməsinin səbəbləri isə hələlik məlum deyil. Hazırda hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

AzNews.az-ın əldə etdiyi başqa bir məlumata görə isə A.Qasımov DİN-nin Təchizat İdarəsinin anbarlarının birinin müdiri olub. Ancaq DİN-in mətbuat xidmətindən bu barədə onlarda heç bir məlumatın olmadığı vurğulanıb.

Mövzunu diqqətdə saxlayacağıq.

 





18.06.2013    çap et  çap et