525.Az

Seyid Camal: "“Milli Şura”nın millət adına danışmağa haqqı yoxdur”"- Fotolar


 

Seyid Camal: "“Milli Şura”nın millət adına danışmağa haqqı yoxdur”"- <b style="color:red">Fotolar</b> Seyid Camal Əzimbəyli seçkiöncəsi ölkə gəncliyini tədbirli olmağa çağırdı

525.az-ın yeniufuq.az-a istinadən verdiyi məlumata görə, dünən “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gənclər şöbəsinin təşkilatçılığı ilə faəl gənclərlə Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəylinin görüşü keçirilib. Görüşdə ölkənin mənəvi mühitindəki mövcud vəziyyət və problemlər geniş şəkildə C. Əzimbəyli tərəfindən şərh edilib. Eyni zamanda seçki elektoratında mühüm yer tutan ölkə gəncliyinin ictimai-siyasi həyatda tutduğu rol müzakirə olunub.

Daha sonra diskussiya şəraitində keçən tədbirdə C.Əzimbəyli gəncləri maraqlandıran sualları cavablandırıb. O, Azərbaycanda seçki öncəsi bir sıra xaricdən idarə olunan qüvvələr tərəfindən gənclərə yönəlik çağırışlar olunduğunu diqqətə çatdırıb. Camal Əzimbəyli gəncləri belə saxta vətənpərvərliyə uymamağa və dövlətimizin milli maraqlarının qorunması naminə doğru yol seçməyə çağırıb.

Tədbirdə “Milli Şura” ilə bağlı gənclərin suallarını cavablandıran Qarabağ Seyid Ocaqlarının təmsilçisi bildirib ki, bu qurumun millət adına danışmağa haqqı yoxdur. Camal Əzimbəyli bildirib ki, artıq bu “birlik”lə bağlı ölkə ictimaiyyətinə müraciət edib.

Şərqşünas Azərbaycanda mövcud olan dini tolerantlıqdan sui-istifadə edənlərin ifşa olunmasının vacibliyini önə çəkərək qeyd edib ki, bir sıra qüvvələr ölkədə məzhəblər arası münasibətlərin qızışdırılması üçün təhlükə yarada bilər. Onun sözlərinə görə, belə zərərli mərkəzlər təhsil, səhiyyə, xeyriyyə təşkilatları adı ilə fəaliyyət göstərirlər: “Ən təhlükəli məqam isə odur ki, həmin zərərli qüvvələr imkan tapdığı anda Azərbaycanın İraqa, Əfqanıstana  və Suriyaya dönməsində maraqlıdırlar. Mən buradan sizin simanızda bütün ölkə gəncliyinə səslənərək bildirmək istəyirəm ki, belə maskalanmış yalançı din təəssübkeşlərindən kənar durun”.
Qeyd edək ki, görüşdə gənclərin təşəbbüsü ilə belə görüşlərin vaxtaşırı keçirilməsi qərara alınıb

 
 





18.06.2013    çap et  çap et