525.Az

Bakı-Qazax magistralında yanğın başlayıb


 

Bakı-Qazax magistralında yanğın başlayıb<b style="color:red"></b>

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndindən keçən hissəsində yanğın başlayıb.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, magistralın hər iki tərəfində quru otlaq sahələrində başlayan yanğın ətrafda salınan yaşıllıq zonasına keçib. Hektarlarla ərazi yanıb.
 
Əraziyə yanğınsöndürən maşınlar cəlb olunub. Yolun sol tərəfində yanğın söndürülüb. Sağ istiqamətdə yanğın hələ də davam edir.

 





18.06.2013    çap et  çap et