525.Az

"Qarabağ" ilk transferini gerçəkləşdirdi


 

"Qarabağ" ilk transferini gerçəkləşdirdi<b style="color:red"></b>

Avropa Liqasına hazırlaşan “Qarabağ” klubu mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az saytına bildirib ki, Gürcüstanın əsas milli komandasının və Almaniyanın "Bohum" klubunun forvardı Nikoloz Gelaşvili ilə iki illik müqavilə imzalanacaq.

“Bu məsələ 99 faiz həll olunub. Hazırda biz Gelaşvilinin “Bohum”dan transfer vərəqəsinin gəlməsini gözləyirik” – deyə o qeyd edib.

Əldə etdiyimiz məlumata görə, “Qarabağ” bu gün daha bir hücumçunu rəsmən heyətinə qatacaq. Məşqçilər korpusu baxışda olan konqolu lriç Kapolonqo haqda isə hələ qəti qərar verməyib.

 





18.06.2013    çap et  çap et