525.Az

Millət vəkili qəzaya düşdü


 

Millət vəkili qəzaya düşdü<b style="color:red"></b> Milli Məclisin deputatı Rüstəm Xəlilovun avtomobili qəzaya uğrayıb.
 
Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə "Hyatt Regensy" hotelinin yaxınlığında baş verib.
 
Deputatın olduğu gümüşü rəngli "Mercedes" markalı avtomobili sürücü idarə edirmiş. Üzbəüz gələn maşın qarşı hərəkət zolağına çıxıb və millət vəkilinin avtomobilinə çırpılıb.
 
Hadisə şahidləri qəza nəticəsində xəsarət alanın olmadığını bildiriblər.
 





19.06.2013    çap et  çap et