525.Az

"Hərəmiz bir evin işığıyıq" - Xalq şairi Fikrət Qocanın şeirləri


 

"Hərəmiz bir evin işığıyıq" - <b style="color:red">Xalq şairi Fikrət Qocanın şeirləri </b>

Almas İldırımın birinci yüzilliyinə

Bakıda İldırım çaxdı,
Baxt ulduzun göydən axdı,
Dövran yandı, ellər yaxdı,
Bilinməz güzara kimi.

Yaşamaq çox ağır işdi,
Ürəyini həsrət deşdi.
Doqquz cəhənnəmdən keçdi
Rəncbərdən yazara kimi.

Nərd kimidir bu kainat,
Al özünü, zər kimi at.
Oyun oldu ömür, həyat
Bu zərdən o zərə kimi.
Tale əkib, baxtı biçib,
Göz yaşların Xəzər içib.
Bu yüz ili özü keçib
Beşikdən məzara kimi.

Sən oldun ellər sürgünü,
Türk dilli dillər sürgünü.
Haydı yüzillər sürgünü
Xəzərdən Xəzərə kimi.
Elazığ, Türkiyə, Xəzər gölü,
Xəzər dağı yaxınlığında
2006-cı il
 
Allah yaradanlarıq

Hamımız Allah uşağıyıq
Hamımız Allahdan aşağıyıq
Hərəmiz bir evin işığıyıq.
İşıq da yanır qurtarır.
Allah hamıya iştahına görə verir
Artıq yeyənlər qaytarır.

01.02.2018

Kiçik şeir

Demə, bu boyda şeir olmaz!
Mənim gözüm toxdu.
Sənin sözün yoxdu?
Otur, özün yaz!

02.02.2018

 





03.02.2018    çap et  çap et