525.Az

Təhsil naziri vətəndaşları qəbul edəcək


 

Təhsil naziri vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Təhsil naziri Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, iyunun 22-də saat 10:30-da təhsil naziri Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

 





19.06.2013    çap et  çap et