525.Az

Millət vəkilinin adından əxlaqsız dialoq aparılıb


 

Millət vəkilinin adından əxlaqsız dialoq aparılıb<b style="color:red"></b> Millət vəkilinin adından facebook-da saxta səhifə yaradılıb.

ANS PRESS-in məlumatına görə, bu haqda millət vəkili Etibar Hüseynli Facebook səhifəsində yazıb.
 
“Dünən gecə məlumat aldım ki bir tərbiyəsiz mənim adım və fotomla səhifə acıb və müxalif gənclərlə ən tərbiyəsiz və əxlaqsız ifadələrlə dialoqa girib. Bundan xəbər tutan kimi həmin şəxsə məktub yazıb səhifəni pozdurdum. Bu gün hüquq mühafizə orqanlarına müraciət edib bu şərəfsizi dünyaya gəldiyinə görə peşman eləmək fikrim də var. Mənim adımdan kimlərsə də təhqir olunubsa da, kimliyindən asılı olmayaraq onlara üzrxahlığımı catdırıram. Bir daha bildirmək istəyirəm ki, mən həmişə sözü üzə demişəm. Başqaları kimi başqa imza altında gizlənib arvad kimi mübarizə aparmamışam. Facebookda isə mənə hədə-qorxu və təhqir göndərənlərə isə heç vaxt cavab vermirəm. Hərə öz tərbiyəsini göstərir", - Etibar Hüseynov yazıb.
 





19.06.2013    çap et  çap et