525.Az

Aleksandr Funk: “Azərbaycanın ərazi bütövlüyünün tam bərqərar olmasına təminat verilməlidir”


 

Aleksandr Funk: “Azərbaycanın ərazi bütövlüyünün tam bərqərar olmasına təminat verilməlidir”<b style="color:red"></b>  “Beynəlxalq ictimaiyyətin qərarları beynəlxalq hüquq çərçivəsində həyata keçirilməlidir. Münaqişənin siyasi həllinə nail olmaq üçün yeganə yol Ermənistanın öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmasıdır”.

Avropa Azərbaycan Cəmiyyətindən 525.az-a verilən məlumata görə, bu fikirləri AAC-ın Dağlıq Qarabağ münaqişəsinə dair  sorğusuna cavabında Almaniya Xristian Demokrat Partiyası və Bavariyanın Xristian Sosial Partiyasından olan deputat, Petisiya Komitəsinin üzvü Aleksandr Funk verib.
 
Bundestaq üzvü bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərqərar olmasına təminat verilməlidir: “Yalnız  Ermənistan qoşunları  işğal altındakı ərazidən çıxarıldıqdan sonra məcburi köçkünlər öz evlərinə qayıda  bilər.  Bu,  sabit  sülh  razılaşmasının fundamental şərtidir. Azərbaycan, xüsusilə də, enerji təminatı məsələsində Almaniya üçün xüsusi tərəfdaşdır. Lakin biz Cənubi Qafqaz regionuna bütöv məkan kimi baxmalıyıq. Dağlıq Qarabağ münaqişəsinin həllinin bütün regionu sülh ilə təmin edəcəyi barədə də düşünməliyik. Bu məsələdə Almaniya öz məsuliyyətini başa düşür və davamlı sülh razılaşmasına gedən yolu tam dəstəkləyir. Burada BMT və ATƏT-in rolu da mühümdür. Münaqişənin həlli üçün ən yaxşı mühit məsələnin çox tərəfli müstəvidə həllidir”.
 





19.06.2013    çap et  çap et