525.Az

ANS-in aparıcısının toyu olacaq


 

ANS-in aparıcısının toyu olacaq<b style="color:red"></b>

ANS telekanalının məşhur “Uşaqdan böyüyə” verilişinin aparıcısı İrəm Nəbiyevanın gələn ay toyu olacaq.

Türkiyə vətəndaşı ilə ailə quracaq məşhur aparıcının həm ölkəmizdə, həm də Türkiyədə toy mərasimi baş tutacaq.

İrəm Nəbiyeva Modern.az-a deyib ki, iyulda keçiriləcək toy öz qeyri-adiliyi ilə seçiləcək. Belə ki, Azərbaycan toylarından fərqli olaraq İrəm Nəbiyevanın şad günü restoranda deyil, dəniz kənarında, qumsalda təşkil olunacaq. Hələ bu da son deyil. Toyda bütün dəvətlilərə dilək tutub havaya buraxmaq üçün şam paraşutləri paylanılacaq. Toy Ramazan ayına düşdüyü üçün hər kəs orucunu açıb, bu şamları yandırıb havaya uçurdub dilək diləyəcək.

 





19.06.2013    çap et  çap et