525.Az

Azərbaycan Ordusunun əsgəri ölüb


 

Azərbaycan Ordusunun əsgəri ölüb<b style="color:red"></b>

Azərbaycan Ordusunun əsgəri ölüb.

APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Qazax rayonunda yerləşən “N “ saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Səmədov Anar Salman oğlu elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin ölüm faktını təsdiqləyib. Bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, A. Səmədov 2012-ci ildə Neftçala rayonundan hərbi xidmətə çağırılıb.

 





20.06.2013    çap et  çap et