525.Az

“Rəvan Sığorta”nın baş mühasibi külli miqdarda pul mənimsəyib


 

“Rəvan Sığorta”nın baş mühasibi külli miqdarda pul mənimsəyib<b style="color:red"></b> Baş prokuror yanında Korrupsiyaya qarşı  mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla Bakı şəhərində fəaliyyət göstərən “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətində çatışmazlıqlar aşkar olunub.

Prokurorluğun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, müəyyən edilib ki, 2011-2013-cü illərdə cəmiyyətdə mühasib və baş mühasib vəzifələrində işləyərkən Nazim Zeynalov sığorta xidmətlərindən nağd şəkildə daxil olmuş 224 min 800 manat  məbləğində pul vəsaitini kassaya mədaxil etməyərək mənimsəyib və bununla da cəmiyyətə külli miqdarda ziyan vurub.
 
Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
 





20.06.2013    çap et  çap et