525.Az

Bakıda Məzunların II Təhsil Forumu keçirilir


 

Bakıda Məzunların II Təhsil Forumu keçirilir<b style="color:red"></b>

Bakıda Məzunların II Təhsil Forumu keçirilir.

APA-nın məlumatına görə, forum ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyinin (AAA), Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (CİE) və Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Amerika Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda ADU rektoru Səməd Seyidov və Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov açılış nitqi söyləyiblər.
 
Səməd Seyidov bildirib ki, belə bir forumun keçirilməsi təhsil sahəsində islahatların zəruriliyini göstərir: “Təhsil Nazirliyinin keçirdiyi müasir təcrübəyə əsaslanan məntiqi islahatlar Azərbaycanın rifahına və inkişafına xidmət edir”.
 
Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, belə islahatları qısa müddətə keçirmək mümkün deyil, onun nəticələrini islahatlardan 20 il sonra öz bəhrəsini göstərir: “Buna görə də islahatlar prosesi uzunmüddətli prosesdir. İslahatlar özündə inklüziv təhsili, xüsusi qayğıya ehtiyac duyan uşaqların təhsil almasını nəzərdə tutur”. 
 
Foruma təhsil sahəsində islahatlara dair 25 abstrakt tədqiqata dair təklif olunub, onlardan 5 tədqiqatın seçilərək forum çərçivəsində təqdim olunmasına qərar verilib.

 





20.06.2013    çap et  çap et