525.Az

ASAN xidmət Sabirabad və Saatlıda


 

ASAN xidmət Sabirabad və Saatlıda<b style="color:red"></b>

ASAN xidmət müasir texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslar vasitəsilə regionlarda yaşayan əhaliyə səyyar formada xidmətlər göstərməyə başlayıb.
 
Mərkəzin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, 19 iyun - 3 iyul tarixində Sabirabad və Saatlı rayonlarının ümumi sayı 250000-dən çox olan sakinləri ASAN Səyyar Xidmətdən Sabirabad rayonunda yararlana biləcəklər.

Məlumata görə, səyyar şəkildə göstərilən xidmətlərə Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaq.

Xatırladaq ki, artıq Quba və Şirvan şəhərlərində Quba, Qusar və Xaçmaz, o cümlədən, Şirvan və Hacıqabul rayonlarının sakinləri ASAN Səyyar Xidmətlə təmin olunublar.

 





20.06.2013    çap et  çap et