525.Az

Leysan yağacaq, dolu düşəcək


 

Leysan yağacaq, dolu düşəcək<b style="color:red"></b>

 İyunun 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, şimal-qərb küləyi günün ikinci yarısından mülayimləşəcək. Havanın temperaturunun gecə 17-22 dərəcə, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.
 
Rayonlarda iyunun 21-də şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Temperatur gecə 17-22 dərəcə, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə, gündüz 14-19 dərəcə isti olacaq.
 
Hava şəraitinin iyunun 22-də gündüzdən başlayaraq mülayimləşəcəyi gözlənilir. Son günlər respublikada müşayiət olunan hava şəraiti atmosfer təzyiqi sahəsinin dəyişməsi ilə əlaqədardır.

 





20.06.2013    çap et  çap et