525.Az

Bakı-Tiflis-Ərzurum qaz kəmərində partlayış oldu


 

Bakı-Tiflis-Ərzurum qaz kəmərində partlayış oldu<b style="color:red"></b>

Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyə ərazisindən keçən hissəsində partlayış olub.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə oktyabrın 3-də saat 20:00 radələrində Qars şəhərinin Sarıqamış qəsəbəsində baş verib.

Partlayışdan sonra kəmərin 15 metr uzunluğunda olan hissəsi sıradan çıxıb və ərazidə güclü yanğın başlayıb. Yanğının hündürlüyü 300 metrə çatıb. Dərhal hadisə yerinə göndərilən yanğınsöndürənlər yanğını söndürüblər.

Partlayışla əlaqədar Azərbaycandan Türkiyəyə qaz nəqli dayandırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

 





04.10.2012    çap et  çap et