525.Az

“Zəngəzur toponimləri” adlı kitabın təqdimat mərasimi keçirilib- Foto


 

“Zəngəzur toponimləri” adlı kitabın təqdimat mərasimi keçirilib- <b style="color:red">Foto</b>

Dünən  Milli Məclisin deputatı Musa Urudun müəllifi olduğu “Zəngəzur toponimləri” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, millət vəkilləri, ziyalılar və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş nitqi ilə YAP icra katibinin müavini Mübariz Qurbanlı açaraq deyib ki, uzun müddətdir ki, millət vəkili Musa Urudla birgə parlamentdə, Qara Dəniz Əməkdaşlıq Təşkilatının (QƏT) tədbirlərində çıxışları olub. Həmin tədbirlərdə də Musa Urud çıxışı zamanı yalnız bir məqama toxunub. Burada da Ermənistanın Azərbaycana qarşı işğalçılığını ifşa edən faktlar önə çəkilib:

“Kitabda tarixi faktlarla yanaşı, epizodlarda öz dəqiqliyi ilə təqdim olunub. Hamıya məlumdur ki, zaman-zaman ermənilər Azərbaycan torpaqlarını zəbt ediblər. Bununla da tariximiz saxtalaşdırıldı. Tarixdə həqiqət qızıla bərabərdir, yalan isə həmişə çürüyəcək. “Zəngəzur toponimləri” ilk dəfə deyil ki meydana gəlib. Bununla bağlı xeyli sayda kitablar, əsərlər, faktlara söykənən dəlil və sübutlar var”.

Daha sonra “Zəngəzur toponimləri” adlı film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov kitabın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu kitab tariximizin gələcək nəsillərə düzgün çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir:

“Kitabı oxuyarkən Zəngəzur haqqında böyük təəssürat yaranır. Bu, kitabı yazan insanın qəlbində həmin torpağın ağrı-acısı hiss olunmaqdadır. Bu bir daha onu göstərir ki, adı çəkilən bu kitab böyük qəlblə, sevgi ilə ərsəyə gəlib. Əminəm ki, tezliklə biz əzəli torpağımız olan Dağlıq Qarabağı erməni işğalçıların tapdağı altından azad edəcəyik. Azərbaycanın ildə-ilə qüdrətlənməsi, iqtisadi imkanlarının getdikcə artması hesab edirəm ki, bunu daha da tezləşdirəcək. Kitab özlüyündə çox dəyərlidir. Zəngəzuru görməyən hər bir insan bu kitab vasitəsilə həmin bölgə haqqında ətraflı məlumat əldə edəcək”.

Daha sonra millət vəkilləri Nizami Cəfərov, Fəzail Ağamalı və digərləri çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər.

Kamil Həmzəoğlu

 





20.06.2013    çap et  çap et