525.Az

Hollandiya universitetinin rektoru BSU-da oldu


 

Hollandiya universitetinin rektoru BSU-da oldu<b style="color:red"></b>

İyunun 17-də Hollandiyanın Yeni Avropa Universitetinin (European New University) rektoru Prof. Dr. E. Didyenin və Tiflis Dövlət Universitetinin nümayəndəsi, xanım Dr. Marina Bakuçavanın Bakıya, daha dəqiq desək universitetimizə səfəri baş tutdu. İyun ayının 18-də universitetin rektoru AMEA-nın müxbir üzvü, prof K.M. Abdullayev ilə görüşən qonaqlar ayın 19-u Alman filologiyası kafedrası ilə yaxından tanış olmaq üçün BSU-nun filologiya fakültəsi, Humboldt adına mədəniyyət və təhsil mərkəzində oldular. Kafedra nəzdində fəaliyyət göstərən “Müasir alman dili” adlı dərnəyin nümayəndələri ilə görüş təşkil olundu. Kafedra əməkdaşları və tələbələrin iştirak etdiyi görüş qarşılıqlı tanıtım və gələcək planların fəaliyyəti haqqında məlumatlanmaq xarakteri daşıyırdı. Prof. Dr. Didyen və Dr. Bakuçava BSU ilə nəzərdə tutulan mübadilə haqqında əməkdaşları məlumatlandırdılar, tələbə və müəllimlər tərəfindən ünvanlanan müxtəlif sualları cavablandırdılar. Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edildi. Daha sonra qonaqlar Alman filologiyası kafedrasının rəhbəri dos. S.T.Rzayevanın müşayiəti ilə filologiya fakültəsinin digər kafedraları ilə tanış oldular.

Günay ƏLİYEVA

 





20.06.2013    çap et  çap et