525.Az

Azərbaycan Dağlıq Qarabağda monitorinq üçün BMT-yə müraciət edəcək


 

Azərbaycan Dağlıq Qarabağda monitorinq üçün BMT-yə müraciət edəcək<b style="color:red"></b>

Əli Həsənov: “Dağlıq Qarabağ əfqan narkotikinin beynəlxalq tranzit marşrutuna çevrilib”
 
“Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul edirlərsə, bu, münaqişənin dünya üçün problem olduğunu bir daha göstərir”. Lent.az-ın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri əli Həsənov bildirib. O vurğulayıb ki, bunu dövlət başçısı İlham Əliyev də dəfələrlə qeyd edib.

“Həmsədr ölkələrin rəhbərləri artıq dərk edirlər ki, Dağlıq Qarabağ münaqişəsi qısa müddətə həll olunmasa, həqiqətən dünyəvi fəlakətə çevriləcək. Mən hələ o ərazinin narko təsərrüfata çevrilməsindən danışmıram. Dağlıq Qarabağ əfqan narkotikinin beynəlxalq tranzit marşrutuna çevrilib. Orada elə həmin narkotik hesabına terror qruplar yetişdirilir və dünyanın müxtəlif bölgələrinə göndərilir. Bunu dərk edən dövlətlər artıq görürlər ki, bu hal getdikcə onların özləri üçün də fəlakətə çevrilə bilər. Biz BMT-nin bununla məşğul olan Vyana ofisinə yenə müraciət göndərməyi planlaşdırırıq və hesab edirik ki, problemə artıq ciddi diqqət yetirəcəklər. Müraciət edəcəyik ki, Dağlıq Qarabağda, işğal olunmuş bütün torpaqlarımızda monitorinq aparılsın, BMT sənədlərində bu, öz əksini tapsın”.

 





20.06.2013    çap et  çap et