525.Az

“Facebook”-da yenilik


 

“Facebook”-da yenilik<b style="color:red"></b>

Şərhlərə şəkil əlavə etməyə icazə verilib. “Facebook” istifadəçilərinə yazılara edilən şərhlərə şəkil əlavə etməyə icazə verilib.
 
525.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bəzi istifadəçilərin şərh yerlərinin sağ hissəsində fotoaparat nişanı yer alıb.
 
Həmin nişanın üstünə basmaqla şərhə “.jpg” və “.png” formatlarında fotoşəkil əlavə etmək, şəklə isə mətn yazmaq olar. “Facebook” nümayəndələri yeni funksiyanı tədricən işə salmağa başladıqlarını, şərhlərə şəkillərin əlavə olunmasının ilk öncə sosial şəbəkənin veb-versiyasının, sonradan mobil abunəçilərinin yararlana biləcəklərini qeyd ediblər.
 
Əvvəllər “Facebook” istifadəçiləri şərhlərdə paylaşmaq istədikləri şəkillərə birbaşa istinadlar qoyur, lakin bununla yanaşı sosial şəbəkə avtomatik olaraq əlavə olunan şəklin miniatürünü yaradırdı. 
 

 





20.06.2013    çap et  çap et