525.Az

Jurnalistlərin ev məsələsi ilə bağlı yeni açıqlama


 

Jurnalistlərin ev məsələsi ilə bağlı yeni açıqlama<b style="color:red"></b>

“Bakıda tikilmiş binadan mənzil almaq istəyən televiziya jurnalistləri Milli Televiziya və Radio Şurasına müraciət etməlidirlər”. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli “Media forum” saytına belə deyib.

Şura sədri qeyd edib ki, bu qayda ümumi razılıq əsasında qəbul olunub: “Milli Televiziya və Radio Şurası sənədləri yığdıqdan sonra bizim quruma təhvil verəcək. Sənədlərin qaydasında olub-olmadığı yoxlanandan sonra isə müraciətlər Prezident Administrasiyasına göndəriləcək. Amma hələ ki, şuradan bizə sənəd verilməyib.

Meyarlara uyğun gəlirsə, müraciət edən bütün jurnalistlərin sənədləri qəbul olunur. Heç bir jurnalistin sənədi geri qaytarılmır. Təqdim olunan sənədlərə Prezident Administrasiyasında baxılacaq. Sənəd verən bütün redaksiyalar öz namizədlərini şəffaf qaydada müəyyənləşdirib. Biz onların işinə qarışmamışıq. Düzdür, bir-iki redaksiyada narazılıq oldu. Halbuki həmin redaksiyaların iclasında nümayəndələrimiz iştirak edib. Mən özüm də qatıldığım iclaslarda jurnalistlərdən xahiş etmişdim ki, narazılıqları varsa, anındaca bildirsinlər. Sonradan deyilməsin ki, mən layiq idim, amma redaktor başqasının adını yazdı. Sonradan narazılıq edənlər obyektiv deyil”.

İyunun 15-də Mətbuat Şurası Bakıda jurnalistlər üçün tikilmiş binanın mənzillərinin sahiblərinin müəyyənləşdirilməsi üzrə redaksiyalardan irəli sürülən namizədlərdən, eləcə də fərdi müraciət edənlərdən sənəd qəbulunu başa çatdırıb. Şura üzvü olan 27 gündəlik, 35 həftəlik və aylıq qəzetdən, 13 informasiya agentliyindən, 7 xəbər portalından və 5 jurnaldan müraciət daxil olub. Bundan başqa 70 fərdi müraciət də qeydə alınıb.

 





20.06.2013    çap et  çap et