525.Az

Əhməd Davudoğlu: ""Duran adam" demokratik aksiyadır"- Video


 

Əhməd Davudoğlu: ""Duran adam" demokratik aksiyadır"- <b style="color:red">Video</b>

Türkiyədə Gəzi parkı hadisələrinə etiraz olaraq, 20 gündən çoxdur ki davam edən aksiyalar, indi əsasən paytaxt Ankarada geniş vüsət alıb. Paytaxtın əsas baş meydanı olan Qızılay meydanında hər gecə həyəcanlı anlar yaşanır. Hadisələrin mərəkəzi olan İstanbulda isə “Duran adam” aksiyaları davam etdirilib.

Dünyanın bir çox ölklərində də Türkiyədəki kimi aksiyalar olsa da, amma dünya mətbuatında o qədər də tənqid edilmir. Türkiyənin xarici işlr naziri Əhməd Davudoğlu bildirib ki, bir neçə gündür ki, Braziliyada da analoji etirazlar baş qaldırıb, lakin heç bir ölkə buna reaksiya vermir.

Son günlər Taksim meydanında başlayan “Duran adam” aksiyasına da Davudoğlu münasibət bildirib və qeyd edib ki, “Duran adam” demokratik bir etirazdır: “Aksiyaçılar kitab oxuduqca, polislər toplu halda kitab oxuyub. Amma bu, davam ediləcək aksiya deyil. Bunu davam etdirsən, həyat dayanar. Dayanmaq və başa düşmək arasında bir əlaqə var. Əgər aksiyanı dayandırsalar, ümidvaram ki, başa düşəcəklər”.

Bu arada, İstanbulda “Duran adamlar” aksiyası bu gecə də davam edib. 3 gün əvvəl başlamış özünəməxsus dinc aksiya, şəhərdə insanların böyük marağına səbəb olub. “Duran adamlar” Gəzi parkı hadisələrində ölənlər və yaralananlar üçün şamlar yandırıb. Aksiyaya valideynlər övladları ilə gəlib, başı üzərinə saz qaldıraraq duran qız və kitab oxuyan yerdə “donan” insanlar aksiyanı saatlarca davam etdirib.

Qeyd edək ki, bir neçə gün ərzində bir nəfərin başlaması ilə böyük populyarlıq qazanmış “Duran adam” aksiyası artıq Türkiyənin digər şəhərləri, o cümlədən, İzmir, Konya, Adana şəhərlərinə də yayılıb.

Ankarada isə ötən gecə saatlarında bir qrup insan Gəzi parkı hadisələrinə etiraz etmək üçün yenidən Kennedi küçəsində toplaşıb. Burada bir müddət ərzində aksiyanı davam etdirən etirazçılar, maşın yolunu bağlayıb və polis üzərinə daş və şüşə qablar atıb.

Polisin könüllü dağılmaları haqqında çağırışlarına məhəl qoymayan etirazçılara qarşı su şırnaqlarından və göz yaşardıcı qazdan istifadə olunub. Əsayiş keşikçilərinin müdaxiləsindən sonra etirazçılar arxa küçələrə dağılışıb. Bir qadın isə iğtişaş əleyhinə texnikanın önünə keçərək, hərəkəti əngəlləməyə çalışıb. Qadın təzyiqli su vuran maşının önündən çəkilməyincə, çevik polis alayı qadını nəzarət altına alıb.

 





20.06.2013    çap et  çap et