525.Az

Pirinin sərgüzəştləri


 

Pirinin sərgüzəştləri<b style="color:red"></b>

NOFƏLLƏ VURUŞANA BAX

Piri xəstəxanada növbətçi həkimmiş. Yanına ayağı sınmış bir xəstə gətirirlər. Tez ona  lazımı tibbi yardım göstərir,ayağını gipsə qoyur.Sonra da sınığın başvermə səbəbini  soruşur.Oğlan hadisəni  təfsilatı ilə nəql edir:

-Bilirsiniz həkim,-deyir yaxınlıqdakı kəndə Leyli ilə Məcnunun  kinosunu çəkənlər gəlmişdi. Soruşdular ki kim istəyir çəkilişdə iştirak etsin. Mən də həvəslə razılıq verdim. Dedilər ki,sabah atını  min gəl,Nofəlin  qoşunu ilə  vuruşa  gedəcəksiniz. Mən də  səhər ora  getdim. Amma döyüş yerinə catmamış atdan yıxıldım.

Pirni od götürür.Tez həkim yoldaşlarını otağa yığıb  deyir:

- Bunu görürsünüz,Nofəlin qoşunu ilə vuruşa gedəndə yolda atdan  yıxılıb. Buna deyən  gərək a köpəy oğlu,sən heç atın  belində otura bilmirsən,bəs o boyda sərkərdənin qoşununun üstünə hansı hünərlə gedirsən.                                                                                                       

BU DA PUL DEYİL Kİ,

Piri polis rəisinin müavini imiş,polislərdən ibarət futbol komandası yaradır.Hansı komanda ilə yarışırlarsa qalib gəlirlər, komanda şöhrətlənir.Hər yerdə haqqında xoş sözlər deyilir.Bunu görən polis rəisi Pirini çağırıb deyir:

-Mənim də adımı yaz komandaya.Mən də oynayacam.

Piri onun futbol oynaya bilməməsini bilsə də əlacsız qalıb adını yazır.Oyun başlayır. Rəisə  xoş  gəlsin deyə  kimin ayağına top gəlirsə  rəisə ötürür.Rəis də,gah topa çata bilmir,gah da vuranda  ofsaydda olur.Komanda  uduzur.Əsəbiləşsədə Piri heç nə deyə bilmir.İkinci dəfə bir də oyunçular  topu rəisə ötürəndə, özünü saxlaya bilməyib ucadan qışqırır:

-Ay zalım uşağı,topu mənə ötürün, vurum qol olsun.Top da pul deyil ki,rəisə verəsiz.

Rusiyanı zarazit etmƏyƏ bƏsdir

Piri eşidir ki, qardaşı oğlu Moskvada hərbi qulluqda olanda bir rus qızı ilə evlənib.Həmin qadından da iki oğlu olub.Xidməti başa vurduqdan sonra özü çıxıb gəlib, uşaqlar da qalıb orada. Bir gün qardaşı oğlunu yanına çağırıb soruşur:

-Əmi qurban, deyirlər əsgərlikdə olanda evlənmisən Moskvada iki oğlun var, eləmi? Oğlan utandığından başını aşağı salıb cavab vermir:

-Utanma, əmi qurban, lap yaxşı eləmisən. Vallah, bizim nəsildən ki,orda iki oğlan uşağı var, bütün Rusiyanı zarazit eləməyə kifayətdi.

Qarpızın Əmisisən

Uşaq vaxtı Piri eşidir ki, kolxozun bostanı var,qoruqçusu da anasının doğmaca əmisidi. Gedir bostana, deyir əmi mənə bir qarpız ver,susuzluqdan yanıram.Kişi özünü vurur eşitməzliyə.Piri nə qədər yalvarırsa kişi əhəmiyyət vermir. Əlindəki tüfəngi oynada-oynada çıxır yaxınlıqdakı çardağa. Piri xeyli gözləyir.Bir qədər keçmiş eşidir ki,  çardaqdan səs  gəlir. Bir az qulaq asıb  tez qalxır çardağa. Görür ki, kişi namaz qılır.O, Pirini görcək  əli ilə işarə edir ki, düş aşağı. Piri qəfildən tüfəngi götürüb dirəyir kişinin boğazına:

-Köpəy oğlu, kəlmeyi-şəhadətini oxu.

Kişi namazdan qalxıb başlayır yalvarmağa:

-Sənə qurban olum ay bala, axı mən sənin əminəm.

Piri tüfəngi onun xirtdəyindən çəkmədən:

-Uzatma, sənə dedim  kəlmeyi-şəhadətini  oxu, sən  mənim yox qarpızın əmisisən.

 

Seyfəlidən başqa kişi yoxdu

Pirini rayon partiya komitəsinin birinci katibi seçirlər.Rayonun bədxahları aralarında məsləhətləşirlər ki, gəlin bu təzə katibi pərt edək. Dərhal qərara gəlirlər ki, bu işə dəli Seyfəlini də qoşsunlar. Onlar rayonda dəli kimi tanınan Seyfəlini çağırıb təlimatlandırırlar. Nə etmək lazım olduğunu ona öyrədirlər. Bir gün səhər katib işə gələndə  Seyfəli  əlində bir nəfəs aləti çala-çala onu qarşılayır. Katib heç nə demir, otağına  keçib işi ilə  məşğul olur.İkinci  gün Seyfəli oynaya -oynaya katibi qarşılayır.Piri yenə də əhəmiyyət vermir. Üçüncü gün dəli kimi oxuya-oxuya katibin qarşısına çıxır.Piri də adəti üzrə onun yanından saymazyana keçib gedir kabinetinə.

Köməkçisini çağırıb pəncərədən  Seyfəlini   göstərib onun kim olduğunu soruşur.Köməkçi:

- O, dəlidi, yoldaş Piriyev.Ona hamı rayonda dəli Seyfəli deyir.

Piri  köməkçiyə  tapşırıq verir ki, axşam  saat altıya  rayonun  bütün  rəhbər işçilərini iclasa çağır.Köməkçi dərhal katibin tapşırığını yerinə yetirir.Axşam hamı iclasa yığışır.Piri  içəri daxil olanda  hamı özünü  yığışdırır, sakitcə təzə katibə baxırlar.Piri təmkinlə söhbətə başlayır:

-Yoldaşlar mən cəmi üç gündür ki, bu rayonda birinci katib  işləyirəm.Birinci gün işə  gələndə Seyfəli  nəfəs alətində çala-çala məni  qarşıladı, ikinci  gün oxuya-oxuya, bu  gün də oynaya -oynaya.Yaxşı, çalan Seyfəli,oxuyan  Seyfəli,oynayan  Seyfəli. Mənə təəccüblü gəlir, bu boyda rayonda Seyfəlidən başqa kişi yoxdu?

Mehman Kazımlı

 





21.06.2013    çap et  çap et