525.Az

Beynəlxalq Kipr Universitetinin Respublikamızda tanıtım mərasimi- Fotolar


 

Beynəlxalq Kipr Universitetinin Respublikamızda tanıtım mərasimi- <b style="color:red">Fotolar</b>

İyunun 13-də Bakıda Golden Coast Otelində Kipr Beynəlxalq Universitetinin tanıtım mərasimi  keçirilib.

525.az-ın məlumatına görə, tədbirdə Kipr Beynəlxalq Universitetinin idarə heyəti ilə yanaşı Azərbaycan Respublikası Təhsil sahəsində çalışan işçilər, mətbuat və Kuzey Kıbrıs Türk Cümhuriyyətin Azərbaycandakı konsulu Səadətdin Topukçu bəy də iştirak edib.

Rəsmi hissədən sonra tədbir açıq havada yemək süfrəsi ilə davam edib.

150 nəfərdən çox qonaq iştirak edən tədbir “Millennium Tourism & Congress DMC”MMC şirkətini prezidenti Ruslan Quliyevin çıxışı və Azerbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himnləri ilə başlayıb. Tədbir zamanı K.K.T.C.-nin Azerbaycandakı Konsulu Səadətdin Topukçu bəy də Universitet haqqında öz dəyərli fikirlərini iştirakçılar ilə bölüşüb.

Rəsmi Hissədə Universitetin Prorektor Ahmet Adelyer bəy Universitetin üstünlükləri, təlim-tədris sistemi haqqında məlumat verib.

İştirakçılara tədbirin sonunda Beynəlxalq Kipr Universiteti tərəfindən sertifikat verilmişdir.

Kipr Beynəlxalq Universitetində  Təhsil almaq istəyən tələbələr Universitetin Bakı Təmsilçiliyinə müraciət edə bilərlər.

Bakı ş. N.Rəfibəyli 12/14

Tel:70/77 271-22-22

e-mail:[email protected]

web:ciu.edu.tr

 





23.06.2013    çap et  çap et