525.Az

Aslan Qəhrəmanlının “Simmetriya”sı


 

Aslan Qəhrəmanlının “Simmetriya”sı<b style="color:red"></b>

Tanınmış yazıçı Aslan Qəhrəmanlının “Simmetriya” adlı yeni kitabı nəşr olunub. Kitabda yazıçının müxtəlif illərdə yazdığı 12 hekayəsi, heç bir kitabına daxil edilməmiş 12 nağılı, mətbuat səhifələrində işıq üzü görmüş 6 məqaləsi və 6 müsahibəsi yer alıb.

Nəşrdəki materiallar janrlara uyğun başlıqlarda təqdim edilib. “Hekayələr” bölümündə müəllifin “Çağırılmamış qonağın hədiyyəsi”, “Üç ildən sonra”, “Cırtdan nağılı”, “Bu gələn Eyvaz, bu gələn”, “Yetim Bədəl”, “Yanğın”, “Xaraba”, “Qarşılama”, “Qıfıl”, “Simmetriya”,  “Quru kəllə”, “Öləndən sonra vəsiyyət” əsərləri təqdim edilib.

Yazıçının “Yazılı daş”, “Cuqqulunun xoruzu”, “Alabaşın şikayəti”, “Boyu bir qarış, saqqalı yeddi qarış”, “Cəhənnəm yolçusu”, “Yeddinci vəzir”, “Qırx divin sərvəti”, “Baxtın nağılı”, “Ceyran əfsanəsi”, “Qozbelin nağılı”, “Görünməz padşahın nağılı”, “İfritə” nağılları da oxucuların ixtiyarına verilib.

A.Qəhrəmanlının “Məqalələr” bölümündə “Narahat şair” adlı yazısı Vilayət Rüstəmzadəyə həsr edilib. Müəllif “Zəmanət” məqaləsində Fərman Kərimzadə, “Ölüm adlı bayquş gördüm” yazısında Eldar Baxış haqqında xatirələrini bölüşüb.

Tofiq Abdinin 70 yaşının tamam olması münasibətilə yazdığı “Hələlik qocalma, Tofiq Abdin” məqaləsində qələm dostu ilə bağlı ürək sözlərini, arzularını qələmə alıb. Kitabda həmçinin “Vaqifin şirin dilinə tərcümələr barədə kiçik bir araşdırma” və “Axşam qəribliyi və ya qərib axşam” məqalələri bu kitabda verilib.

Kitabda “525-ci qəzet”də, eləcə də “Olaylar”, “Mədəniyyət”, “Zaman”, “Kaspi”, “Ədəbiyyat” qəzetlərində çap edilmiş müsahibələr də toplanıb.

S.MÜRVƏTQIZI

 





23.06.2013    çap et  çap et