525.Az

Yerevan Budapeştdəki polislərini geri çağırır


 

Yerevan Budapeştdəki polislərini geri çağırır Yerevan polisi ABŞ-ın Ermənistandakı səfirliyinin dəstəyi ilə Budapeştdə Beynəlxalq Mühafizə Orqanları Akademiyasında təkmilləşmə kursu keçən 10 zabiti geri çağırır.

Trend-in məlumatına görə, "Novosti-Armeniya" xəbər verir ki, Ermənistan Polisinin rəisi Vladimir Qasparyan ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Heffernə məktub göndərib. O, məktubda Heffernə təkmilləşmə kurslarının təşkilində səylərinə görə təşəkkür erdib və qeyd edib ki, erməni zabitlər Budapeştdə qala bilməzlər.

Xatırladaq ki, Ermənistan Prezidenti Serj Sarkisyan ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə Macarıstanla diplomatik münasibətlərin və bütün rəsmi əlaqələrin dayandırıldığını bəyan etmişdi.
 





03.09.2012    çap et  çap et