525.Az

Şamaxıda ayı toya hücum etdi- Foto


 

Şamaxıda ayı toya hücum etdi- <b style="color:red">Foto</b> Şamaxı Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə iyunun 23-də axşam saatlarında rayonun Qaladərəsi və Çeşmədil kəndlərində baş verib.
 
Yaxınlıqdakı meşədən çıxan ayı Qaladərəsi kəndində toy məclisi keçirilən həyətə hücum çəkib. Burda adamlar müdafiə olunmağa çalışsalar da, ayını tuta bilməyiblər.
 
Ayı kənd sakini, 1995-ci il təvəllüdlü Nuriyeva Fəridə Rəşid qızına hücum edib. F. Nuriyeva bədəninin müxtəlif nahiyələrindən dişlək və cırmaq yaraları ilə xəstəxanaya yerləşdirilib.
 
Qaladərəsi kəndindən qonşu Çeşmədil kəndinə hücum çəkən ayı bu kənddə 1964-cü il təvəllüdlü Allahverdiyev Sahib Yengivar oğlunu parçalayıb. O, ölümcül xəsarətlərlə rayon xəstəxanasına yerləşdirilib. “aznews” ayının hücumunu nəticəsində ağır xəsarət alanların fotolarını əldə edib. Həmin fotoları təqdim edirik.
 
*****
00.58
Şamaxı rayonunda ayı iki nəfəri parçalayıb.
 
Şamaxı rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə iyunun 23-də axşam saatlarında rayonun Qaladərəsi və Çeşmədil kəndərində baş verib.
 
Yaxınlıqdakı meşədən çıxan ayı Qaladərəsi kəndində toy məclisi keçirilən həyətə hücum çəkib. Burda adamlar müdafiə olunmağa çalışsalar da, ayını tuta bilməyiblər.
 
Ayı kənd sakini, 1995-ci il təvəllüdlü Nuriyeva Fəridə Rəşid qızına hücum edib. F. Nuriyeva bədəninin müxtəlif nahiyyələrindən dişlək və çırmaq yaraları ilə xəstəxanaya yerləşdirilib.
 
Qaladərəsi kəndindən qonşu Çeşmədil kəndinə hücum çəkən ayı bu kənddə 1964-cü il təvəllüdlü Allahverdiyev Sahib Yengivar oğlunu parçalayıb. O, ölümcül xəsarətlərlə rayon xəstəxanasına yerləşdirilib.
 





24.06.2013    çap et  çap et