525.Az

AŞPA-nın yay sessiyası başlayıb


 

AŞPA-nın yay sessiyası başlayıb<b style="color:red"></b>

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası başlayır.

APA-nın məlumatına görə, sessiyada AŞPA Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinlənəcək, Bolqarıstanda keçirilmiş parlament seçkilərinin nəticələri, Orta Şərqdə mövcud vəziyyət, Macarıstana münasibətdə monitorinq prosedurasına başlanması təklifinin müzakirəsi, korrupsiya ilə mübarizə, bərabər tibbi xidmət hüququ, Makedoniya ilə monitorinq sonrası dialoq, siyasi və cinayət məsuliyyətinin fərqləndirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq.
 
Gündəlikdə Azərbaycanla bağlı məsələ yoxdur. 
 
Bu gün sessiya çərçivəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın çıxışı nəzərdə tutulub, sabah isə  Avropa Parlamentinin prezidenti Martin Şults çıxış edəcək.
 
AŞPA-nın yay sessiyası çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətinin görüşü də  planlaşdırılır.
 
Azərbaycan Milli Məclisi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu sessiyaya qatılacaq. Nümayəndə heyətinin tərkibinə deputatlardan Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Sahibə Qafarova, Fazil Mustafa və Aydın Abbasov daxildir.

 





24.06.2013    çap et  çap et