525.Az

"Gəzi parkı" aksiyaları barədə şok hesabat


 

"Gəzi parkı" aksiyaları barədə şok hesabat<b style="color:red"></b>

Türkiyədə mayın 29-da gecə saatlarında başlayan və bu gün də davam edən “Gəzi parkı” aksiyasının təşkilatçıları barədə hazırlanan hesabat baş nazir Rəcəb Tayyib Ərdoğana təqdim edilib. “Yeni Şafak” qəzetinin xəbərinə görə, MİT (Milli İstihbarat Təşkilatı), polis və jandarm qruplarının hazırladığı hesabatda 50 nəfərin adı var.

“Məlum olub ki, Gəzi parkında ağacların kəsilməsini bəhanə edərək başlayan, bir müddət sonra “Hökumət istefa” kampaniyasına çevrilən aksiyaları xüsusi bir qrup idarə edir. Ölkəni xaosa sürükləyən hadisələr barədə araşdırma aparan xüsusi xidmət orqanları şok məlumatlar əldə ediblər”, – deyə qəzetin xəbərində bildirilir.

Məlumata görə, baş nazirə verilən hesabatda aksiyanı idarə etdikləri iddia olunan şəxslərin bank hesabları, telefon danışıqları, internet yazışmaları barədə ətraflı məlumat var. Aksiyaların bir neçə ay əvvəldən hazılralandığının bildirildiyi hesabatda bu şəxslərin ölkə daxili və xarici əlaqələri barədə də məlumat verilib.

Qəzetin xəbərində müəyyən edilmiş 50 nəfərlik qrupda Xüsusi Təyinatlı heyətdən hərbçilər, şou-biznes nümayəndələri, akademiklər, jurnalistlər və nüfuzlu biznesmenlərin olduğu bildirilir.

Hesabatda “Təcili” dərkənarı ilə göstərilən məlumatda Xüsusi Təyinatlı heyətdən 2 yüksək rütbəli hərbçinin “Gəzi parkı” aksiyalarının növbəti addımı üçün hazırlıq gördükləri bildirilib. Belə ki, bu şəxslər Hatay və Mersin vilayətlərində sünnilərlə ələvilər arasında qalmaqal yaradacaq təxribat əməlləri törətməli imiş.

Qeyd edək ki, bu məlumatların prokurorluğa veriləcəyini yazan qəzet bildirib ki, şübhəli şəxslər barəsində hüquqi proses başlayacaq.

anspress

 





24.06.2013    çap et  çap et