525.Az

"Qarabağ", "İnter" və "Xəzər Lənkəran"ın rəqibləri bəlli oldu


 

"Qarabağ", "İnter" və "Xəzər Lənkəran"ın rəqibləri bəlli oldu <b style="color:red"></b>

Bu gün İsveçrənin Nyon şəhərində 2013/2014 mövsümü üçün UEFA Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılıb.

Qol.Az-ın məlumatına görə, bu mövsüm Avroliqada ölkəmizi 3 komanda - "Qarabağ", "İnter" və "Xəzər Lənkəran" klubları təmsil edəcəklər.

Mübarizəyə I təsnifat mərhələsindən start verəcək komandalarımız turnirdəki rəqibləri ilə artıq tanış olublar Hər üç klubumuz püşk zamanı səpələnmişlər səbətində yer almışdı ki, bu da təmsilçilərimizin nisbətən zəif rəqiblə qarşılaşması deməkdir.

Qeyd edək ki, Avroliqanın I təsnifat mərhləsinin oyunları 4-11 iyul, II təsnifat mərhələsinin görüşləri isə 18-25 iyul tarixlərində keçiriləcəkş.

Avroliqanın I təsnifat mərhələsində klublarımızın potensial rəqibləri:
 
 

"Metalurq" (Skopye, Makedoniya) - "Qarabağ" (Azərbaycan)

"Mariehamn" (Finlandiya) - "İnter" (Azərbaycan)

"Sliema Vanderers" (Malta) - "Xəzər Lənkəran" (Azərbaycan)

 





24.06.2013    çap et  çap et