525.Az

Ümumtəhsil məktəblərində rus bölmələri qapadılacaqmı?


 

Ümumtəhsil məktəblərində rus bölmələri qapadılacaqmı?<b style="color:red"></b> Təhsil Nazirliyi sistemində olan dövlət ümumtəhsil məktəblərinin rus bölmələrinə 2013-2014-cü tədris ilinə proqnoz üzrə 10155 şagirdin qəbulu gözlənilir.

Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Ali təhsil müəssisələrinin rus bölmələri üzrə 2013-2014-cü tədris ilinə təsdiq olunmuş qəbul planında  5611 yer nəzərdə tutulub.
 
Nazirlikdən verilən məlumatda o da qeyd olunur ki, bu gün Təhsil Nazirliyi sistemində olan dövlət ümumtəhsil məktəblərində rus bölməsi üzrə qəbulda əvvəlki illərə nisbətən artım müşahidə edilir. Ötən tədris ilində Təhsil Nazirliyi sistemində olan 329 dövlət ümumtəhsil məktəbində rus bölmələri üzrə qruplar fəaliyyət göstərib.
 
Təhsil Nazirliyi rus bölmələrinin bağlanıb-bağlanılmaması məsələsinə də aydınlıq gətirib. Belə ki, gələcəkdə ümumtəhsil məktəblərində rus bölmələrinin tamamilə qapadılması qətiyyən gözlənilmir.
 





24.06.2013    çap et  çap et