525.Az

Bu gün Türkiyə-AB əlaqələri baxımından mühüm qərar veriləcək


 

Bu gün Türkiyə-AB əlaqələri baxımından mühüm qərar veriləcək<b style="color:red"></b>

3 ildir heç bir fəslin açılmadığı Avropa Birliyi-Türkiyə münasibətlərində yeni bir durğunluq dövrü başlayır, yoxsa yeni bir səhifə açılır? Bu gün bu kritik sualın cavabı məlum olacaq.

Avropa Birliyinin xarici işlər nazirləri bu gün Lüksemburqda bir araya gələcək. Keçən həftə son qərarı verə bilməyən Daimi Təmsilçilər Komitəsindən sonra bu dəfə məsələ Xarici İşlər Şurasının gündəliyindədir.

Almaniya və Hollandiya Türkiyədəki son hadisələri əsas gətirərək 22-ci fəslin açılmasına qarşı çıxır, digər ölkələrdən isə "Türkiyənin irəliləməsini bloklamaq səhv olar" mesajları gəlir.

Avropa Parlamentinin üzvləri Türkiyəyə qapıları bağlamağın ağıllı davranış olmayacağını bildirir. Parlamentin sosialist fraksiyasının rəhbəri Svoboda Almaniyanın baş naziri Anjela Merkelə "Türkiyədəki böhranın öhdəsindən gəlməyin ən yaxşı yolu yeni fəsli açmaqdır" deyib.

İsveçin xarici işlər naziri Karl Bildt isə hazırda Türkiyənin AB üzvlüyü istiqamətindəki irəliləməsinin qarşısını almağın səhv olduğunu deyib.

Kritik qərardan əvvəl açıqlama verən Almaniyanın xarici işlər naziri Qido Vestervil "Yaxşı yoldayıq, işlər davam edir" mesajı verərək gərginliyi azaltmağa çalışıb.

Əgər bu gün fəslin açılmaması haqda qərar verilərsə, Ankara ilə Brüssel arasında yenidən gərginlik yaranacağı güman edilir. Diplomatik mənbələrə görə, fəsil açılmayacağı təqdirdə Türkiyənin AB-dəki daimi nümayəndəsi məsləhətləşmələr üçün Ankaraya çağırıla bilər.

trtazerbaycan

 





24.06.2013    çap et  çap et