525.Az

Azərbaycanda siqaretin reklamı qadağan edilir


 

Azərbaycanda siqaretin reklamı qadağan edilir<b style="color:red"></b>

Azərbaycanda tütün və tütün məhsullarının, hətta bunlar haqqında məlumatların reklamı bütün hallarda ölkə ərazisində qadağan edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu yeni hazırlanmış “Reklam haqqında” qanunda əksini tapıb.
 
Yeni qanunun 28-ci maddəsində deyilir ki, tütün, tütün məlumatları və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı bütün hallarda qadağandır.
 
Qanun layihəsi Milli Məclisi növbədənkənar sessiyasının növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

 





25.06.2013    çap et  çap et