525.Az

Səfər Əbiyev: “Azərbaycan torpaqlarının işğalı davam etdikcə..."


 

Səfər Əbiyev: “Azərbaycan torpaqlarının işğalı davam etdikcə..."<b style="color:red"></b>

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev iyunun 25-də Böyük Britaniyanın müdafiə nazirinin müavini Endryu Marrisonu qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf etdirilməsinin zəruriliyi və bölgədəki hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
 
Nazir qeyd edib ki, Azərbaycan torpaqlarının işğalı faktı davam etdikcə regionda sülhün bərqərar olması mümkünsüzdür.

 





25.06.2013    çap et  çap et