525.Az

Hüseyn Abdullayev barəsində axtarış elan olunub


 

Hüseyn Abdullayev barəsində axtarış elan olunub<b style="color:red"></b>

Sabiq millət vəkili Hüseyn Abdullayev axtarışa verilib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən xəbərə görə, ona qarşı Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işçi qaldırılıb.
 
Məlumatda qeyd olunub ki, H. Abdullayev uzun müddət istintaqdan yayındığı üçün barəsində məhkəmə qərarı ilə axtarış elan olunub. 
 
Hazırda onun  tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
 
Xatırladaq ki, Hüseyn Abdullayev bundan əvvəl 2007-ci ildə həbs olunub. O, parlamentin iclasında millət vəkili Fəzail Ağamalı ilə aralarında baş vermiş insidentin əlbəyaxa dava ilə nəticələnməsindən sonra F. Ağamalının hüquq-mühafizə orqanlarına müraciəti əsasında saxlanılıb və  barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Daha sonra məhkəmə  onun 2 il müddətində azadlıqdan məhrumedilməsi ilə bağlı qərar qəbul edib. H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edilib və barəsində 2 il sınaq müddəti müəyyən olunub və məhkəmə zalından azadlığa buraxılıb.

 





27.06.2013    çap et  çap et