525.Az

Ramil Səfərovun ailəsi zabitin nişanlı olduğunu təkzib etdi


 

Ramil Səfərovun ailəsi zabitin nişanlı olduğunu təkzib etdi

Ramil Səfərov Azərbaycana gətiriləndən sonra sosial şəbəkələrdə onun nişanlısının olduğu barədə xəbərlər yayıldı. Hətta bir neçə xəbər saytı da Facebook-da yayılan xəbərlərə istinadla Ramil Səfərovla onun nişanlısı olduğu iddia edilən Şəbnəm Gülməmmədova adlı xanımın yanaşı şəkillərini dərc etdi.

Modern.az məsələ ilə bağlı zabitin atasından münasibət öyrənməyə çalışıb.

Maraqlıdır ki, Sahib Səfərov da Ramilin nişanlısının olduğu barədə məlumatı təkzib edib. O, hətta mətbuatın ailənin daxili işlərinə qarışmasından, hər xırdaçılığa getməsindən də şikayətlənib:

”Kim deyir bunu, nişanlı haqda mənim məlumatım yoxdur. Artıq mətbuat da hər xırdaçılığa gedir və ailənin daxili işlərinə qarışır. Ramilin üzünü ancaq gələn günü görmüşəm. Və bir dəfə də imkan olmayıb ki, oturub onunla danışım, dərdləşim, görüm doğrudan da nişanlısı var, ya yox” - deyə Sahib Səfərov vurğulayıb. O, mətbuatı hər şayiəyə ciddi xəbər kimi yanaşmaqda ittiham edərək, bundan artıq danışmayacağını qeyd edib.

 





03.09.2012    çap et  çap et