525.Az

Toğrul Nərimanbəyovun dəfnində növbəti problem


 

Toğrul Nərimanbəyovun dəfnində növbəti problem<b style="color:red"></b>

Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun nəşi Fransa məhkəmə-tibbi ekspertizasının binasında saxlanılır. Bu barədə anspress-ə açıqlama verən mərhumun qızı Əsmər Nərimanbəyova bildirib ki, Toğrul Nərimanbəyovu dəfn etmək üçün yer axtarılır.

Bir müddət əvvəl Toğrul Nərimanbəyovun Fransada dəfn olunması haqda məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. Nəticədə məhkəmə onun Fransada dəfn olunmasına qərar verib. T.Nərimanbəyovun dəfn mərasiminin iyunun 26-sı ya da 27-də keçirilməsi planlaşdırılırdı.

Xatırladaq ki, Toğrul Nərimanbəyov iyunun 2-də Parisdə vəfat edib. Onun qızı və həyat yoldaşı arasındakı mübahisə səbəbindən rəssamın dəfni gecikir.

 





27.06.2013    çap et  çap et