525.Az

Türk sənət musiqi qrupu Bakıda konsert verib- Foto


 

Türk sənət musiqi qrupu Bakıda konsert verib- <b style="color:red">Foto</b> İyunun 26-da Bakıda ”Musiqi festivalı” keçirilib.
 
525.az-ın məlumatına görə, festival Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qafqaz Universiteti, Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi və Ondoqquz Mayıs Universitetinin birgə təşkilatçılığı ilə reallaşdırılıb. Azərbaycanın və Türkiyənin sənətsevərlərinin iştirak etdikləri tədbirdə Ondoqquz Mayıs Universitetinin 41 nəfərdən ibarət türk sənət musiqi qrupu Türkiyənin görkəmli bəstəkarlarının seçilmiş əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər. 

İki hissədən ibarət konsertdə 23 xalq mahnısı səsləndirilib. Xatırladaq ki, Ondoqquz Mayıs Universiteti 1975-ci ildə qurulmuş dövlət təhsil müəssisəsidir. Universitetin mərkəzi Türkiyənin Samsun şəhərində yerləşir.
 





27.06.2013    çap et  çap et