525.Az

"Axşam səfası" ikinci dəfə Azərbaycana gəlir


 

"Axşam səfası" ikinci dəfə Azərbaycana gəlir<b style="color:red"></b>

Mayda Bakıda möhtəşəm konsert verən TRT-nin "Axşam Səfası” musiqi qrupu ikinci dəfə Azərbaycana səfər edəcək.

"Axşam Səfası" Şəkidə keçiriləcək ənənəvi İpək Yolu Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert verəcək.

Səfər “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin dəvətilə baş tutacaq. “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunacaq festivalın finalı iyulun 4-də Şəki şəhərindəki “Aşağı Karvansaray” kompleksində keçiriləcək. "Axşam səfası"nın konserti isə iyunun 30-da olacaq.

TRT-nin Bakı Təmsilcisi Yüksəl Dəyərcanın 525.az-a verdiyi məlumata görə, konsert proqramı AzTV, "TRT Müzik” və “TRT Avaz” kanalları vasitəsilə canlı yayımlanaq. Konsertdə Azərbaycanın xalq artisti Mələkxanım Əyyubova ilə yanaşı, sənətçilərdən Nurkan və Lalənin də iştirak edəcək.

Türkiyə Cumhuriyyətinin Bakıdakı səfirliyinin mədəniyyət-turizm müşaviri Seyid Əhməd Arslanın da dəstək verəcəyi konsert iyunun 30-da Bakı vaxtıyla saat 21:00- da canlı yayımlanacaq.

 





27.06.2013    çap et  çap et