525.Az

"Zəngəzur dağları təhlükədədir"


 

"Zəngəzur dağları təhlükədədir"<b style="color:red"></b>

Ermənistan işğalı altında olan Zəngəzur dağları təhlükə altındadır.

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə “Ekolur” ictimai təşkilatının Ermənistan Ekologiya Nazirliyinə göndərdiyi məktubda deyilir. Yerli sakinlərin adından yazılan məktubda bildirilir ki, Zəngəzur mis və molibden kombinatı filiz emalını bir ilə 25 milyon ton artırmağı planlaşdırır və bunun üçün yeni avadanlıqlar quraşdırır: “Yeni daşdoğrayan maşınlar işə düşsə, bu dağlardan əsər-əlamət qalmayacaq”.

Kadjaran kənd sədri Rafiq Atayan sakinlərin bu haqda danışmaqdan artıq qorxduqlarını deyir: “On insan varlanır, bizim insanlar isə vergi borcları, kreditləri, hətta banklara kiçik məbləğləri qaytara bilmirlər. Bəs nəticədə nə alırıq? Baxın, bütün toz şəhəri başına alıb”.

 





27.06.2013    çap et  çap et