525.Az

“Yeddi gözəl” baleti nümayiş ediləcək


 

“Yeddi gözəl” baleti nümayiş ediləcək<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası “İpək Yolu” III Beynəlxalq musiqi festivalı çərçivəsində Şəkiyə qastrol səfərinə yola düşəcək.

Teatrın mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə kollektiv Şəkidə Qara Qarayevin “Yeddi gözəl” baleti ilə çıxış edəcək.

Xalq artisti Cavanşir Cəfərovun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə nümayiş olunacaq baletin baletmeysteri Vasiliy Medvedev, əsas rollarının ifaçısı isə xalq artisti Kamilla Hüseynova və əməkdar artisti Gülağası Mirzəyevdir.

 





28.06.2013    çap et  çap et