525.Az

AŞPA-nın yaz sessiyasının vaxtı və ilkin gündəliyi açıqlandı


 

AŞPA-nın yaz sessiyasının vaxtı və ilkin gündəliyi açıqlandı<b style="color:red"></b>

Aprelin 23-dən 27-dək Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyi açıqlanıb. 

APA-nın AŞPA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, yaz sessiyasında qeyri-qanuni aktivlərin müsadirəsi, İŞİD terror qruplaşmasının maliyyələşdirilməsi və hibrid müharibə ilə bağlı insan hüquqları problemləri ətrafında müzakirələr aparılacaq.

Liviyada vəziyyət, “Avropada yüksələn antisemitizm, islamofobiya və ksenofobiya: Avropa dəyərlərinə təhdid" və "Krımda Rusiya Federasiyası tərəfindən keçirilmiş qanunsuz seçki: insan hüquqlarının pozulması" mövzuları da müzakirə ediləcək məsələlər arasındadır. 

Sessiyada Makedoniya və Lüksemburq xarici işlər nazirlərinin çıxışları gözlənilir. 

Qeyd edək ki, sessiyaya Azərbaycan nümayəndə heyəti də qatılacaq.

 





23.03.2018    çap et  çap et