525.Az

Türkiyə parlamenti Suriya ilə müharibəni təsdiqlədi


 

Türkiyə parlamenti Suriya ilə müharibəni təsdiqlədi<b style="color:red"></b>

Türkiyə Silahlı Qüvvələrinin ölkə xaricinə göndərilməsi ilə bağlı hökumətə 1 il müddətinə səlahiyyət verilməsini nəzərdə tutan qərar layihəsi qəbul edilib.

525.az-ın APA-ya istinadən veriyi məlumata görə, layihə Türkiyə Böyük Millət Məclisinin bu gün keçirilən toplantısında müzakirəyə çıxarılıb və səsə qoyulub.

Sənəd 320 nəfər lehinə, 129 nəfər əleyhinə olmaqla qəbul olunub. Bundan sonra hökumət istəsə ordu Suriya ərazisinə keçib orada hərbi və ya humanitar əməliyyatlar apara biləcək.

Xatırladaq ki, oktyabrın 3-də Suriya ordusunun Türkiyə ərazisini atəşə tutması nəticəsində 5 dinc sakin həlak olub.

 





04.10.2012    çap et  çap et