525.Az

Vladimir Putin Avropaya təbii qaz ixrac edənləri hədələyib


 

Vladimir Putin Avropaya təbii qaz ixrac edənləri hədələyib<b style="color:red"></b>

“Təbii qazın qiyməti barəsində birlikdə qərar verməliyik”

Rusiya prezidenti Vladimir Putin Avropa Birliyinin Üçüncü enerji paketinə birlikdə qarşı çıxılmağını istəyib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya paytaxtında keçirilən Qaz İxrac Edən Ölkələrin (GECF) dövlət və hökumət başçılarının Forumunda çıxış edən Vladimir Putin qazın qiyməti barəsində də birlikdə qərar verməyin zəruri olduğunu söyləyib. Son illərdə istehlakçılar tərəfindən təbii qaz ixrac edən ölkələrə təzyiqlərin olduğunu qeyd edən Rusiya prezidenti Avropa Birliyinin enerji sahəsindəki tənzimləməni ehtiva edən Üçüncü enerji paketindən bəhs etdiyini bildirib: “Bu paket Avropaya təbii qaz ixrac edən ölkələri ciddi şəkildə məhdudlaşdıracaq. Üçüncü enerji paketində təbii qaz ixrac edən şirkətlərlə qaz kəmərlərinə sahib olan şirkətlərin fərqli olması nəzərdə tutulur”.
 
On illərlə öz fondları ilə Avropanın təbii qaz bazarının inkişafı üçün qaz ixracatçılarının çalışdığını qeyd edən V. Putin bildirib ki, ədalətsiz təzyiqlərin azaldılması, istehsalçı və istehlakçı hüquqlarının qorunması baxımından qaz ixrac edən ölkələrin həmrəyliyi çox önəmlidir: ”Biz maraqlarımızın ədalətli bir şəkildə diqqətə alınmasını istəyirik”.
 
Yeni texnologiyaların ortaya çıxması, Slans təbii qazı və spot bazarın mövcudluğunun artması ilə əlaqədar müzakirələrə toxunan Putin uzun müddətli müqavilələr, “al ya da ödə” formulu və neftdən asılı olan qiymətləndirmə prinsipinin dəyişdirilməsinin zəruri olduğunu söyləyib: “Riskin istehsalçı və istehlakçı arasında paylaşılması vacibdir. Təbii qaz ətraf mühitin qorunması baxımından da böyük bir təhlükəsizliyi təmin edir.
 
Qeyd edək ki, Forumda Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Mahmud Əhmədinejat, Venesuela prezidenti Nikolas Maduro, İraqın baş naziri Nuri əl-Maliki və digər ölkələrin dövlət və hökumət başçıları iştirak ediblər.
 
GECF 2001-ci ildə Rusiya daxil olmaqlar 13 qaz ixrac edən ölkələr (Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qatar, Liviya, Nigeriya, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Trinidad və Tobaqo, Ekvatorial Qvineya) tərəfindən təsis olunub. Hazırda İraq, Norveç, Hollandiya və Qazaxıstan isə Forumda müşahidəçi ölkələr statusuna sahibdirlər.

 





02.07.2013    çap et  çap et