525.Az

Nizaminin "Divan"ı nəşr ediləcək


 

Nizaminin "Divan"ı nəşr ediləcək<b style="color:red"></b>

Nizami Gəncəviyə aid olduğu iddia edilən "Divan"ın yaxın vaxtlarda nəşri gözlənilir.
 
İngiltərənin Mançester şəhərində hüquq təhsili alan azərbaycanlı tələbə Rəşad İmanlı və onun başçılıq etdiyi “İqra” nəşriyyatı tədqiqatçı-alim Sənan İbrahimovun latın əlifbasına köçürdüyü kitabın nəşrini öz boynuna götürüb.

Azərbaycan dilində olan "Divan"da izahların və ön sözün müəllifi Sənan İbrahimov, redaktoru isə filologiya elmləri doktoru, professor Əlyar Səfərlidir.

Xatırladaq ki, sözügedən əsər Misirin qədim Xədəviyyə kitabxanasında Zəncan Universitetinin professoru Hüseyn Türksoy tərəfindən aşkarlanıb. Güneyli soydaşımız sonradan "Divan"ı latın qrafikasına köçürmək və bu barədə tədqiqatlar aparmaq üçün Şimali Azərbaycandakı alim yoldaşlarına göndərib. Lakin AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda yaradılan komissiya Divanın Nizami Gəncəviyə məxsusluğunu təkzib edərək bu barədə məsələyə xitam verib. 

modern.az

 





02.07.2013    çap et  çap et