525.Az

Üç rayona yeni prokuror təyin olunub


 

Üç rayona yeni prokuror təyin olunub<b style="color:red"></b>

Prokurorluq orqanlarında kadr dəyişiklikləri edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, Azərbaycanın baş prokuroru Zakir Qaralovun müvafiq əmrləri ilə Baş prokurorun köməkçisi Valeh Səmədov, Baş Prokurorluğun Təşkilat-Analitik idarəsinin prokuroru Zakir Müslümov və Laçın rayon prokuroru Mübariz Bayramov tutduqları vəzifələrdən azad edilərək müvafiq olaraq Quba, Şamaxı və Şabran rayon prokuroru vəzifələrinə təyin ediliblər.

 





02.07.2013    çap et  çap et